Renat Dadaşov ehtiyatda qaldı, komandası səfərdə sevindi

Futbol üzrə Portuqaliya çempionatında 28-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Maritimo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: