Birinci Divizion: “Kəpəz” liderə evdə uduzdu, “Qarabağ” 4 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Kəpəz” “Keşlə”nin, “Turan Tovuz” isə “Sumqayıt”ın əvəzedicilərini sınağa çəkib. Gəncə təmsilçisi liderlə doğma meydanda baş tutan dueldən məğlub ayrılıb. Tovuz klubu isə səfərdə qələbəyə sevinib.

Günün digər matçı “Qarabağ” və “Səbail”in ikinci komandaları arasında baş tutub. Bu oyunda Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.

İkinci oyun günündə lider “Qaradağ Lökbatan” “Zirə”nin, MOİK də “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacaq. Bu görüşlərə müvafiq olaraq Rövşən Rəcəbov və Kamranbəy Rəhimov təyinat alıb. “Zaqatala” da “Sabah”ın ikinci komandasının qonağı olacaq. Bu qarşılaşmanı isə Səbuhi Bayramov idarə edəcək.

Birinci Divizion
20-ci tur
5 aprel

“Kəpəz” – “Keşlə-2” 0:2
Qol: Emin Quliyev, 4. Elnur Süleymanov, 50-pen.
Hakimlər: Rauf Cabarov, Elman Kərimov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu, 15:00.

“Sumqayıt-2” – “Turan Tovuz” 1:2
Qol: Cavid Quliyev, 38 – Famil Camalov, 45+3. Ramin Süleymanov, 62.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Səbail-2” 4:0
Qol: Sultan Mustafayev, 14. Mehdi Tahirov, 41. Seyxan Fərəcov, 47. İbrahim Ağayarov, 79.
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Vüqar Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

6 aprel

“Qaradağ Lökbatan” – “Zirə-2”
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qəbələ-2” – MOİK
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Zaqatala”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: