AÇ-2022: Azərbaycan millisi Maltaya məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2022) seçmə mərhələsinin ikinci raundunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, millimiz Şimali İrlandiyada Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun Vüqar Əsgərlinin çalışdırdığı komandamız üçün uğurlu başlayıb. Futbolçularımız elə ilk dəqiqədəcə hesabı açıblar. Amma qalan dəqiqələrdə iki qol vurmağı bacaran maltalılar meydanı əzmkar qələbə ilə tərk ediblər.

1-ci qrupun digər oyununda bu gün Farer adaları qrup oyunlarına ev sahibliyi edən Şimali İrlandiya millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlmişdi. Komandamız qrupdakı sonuncu matçını aprelin 12-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 1-ci qrup
9 aprel

Azərbaycan – Malta 1:2
Qollar: Pərvin Səfərəliyeva, 1 – Keyli Villis, 62. İllena Faruciya, 69.
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)
İnver Park. Larne.

Azərbaycan: 1. Güleryüz Göknur, 3. Milana Rəhimova, 5. İrem Bir, 6. Samirə Aşırova (18. Buse Nur Kocabey, 80), 7. Aysun Muradova, 9. Lamiyə Əlizadə, 10. Nisrine Maria Zerioul, 11. Fatma Nur Senses, 13. Alina Nəhmədova (k), 17. Pərvin Səfərəliyeva, 19. Fatimə Əhmədli (8. Sema Nur Arzik, 72).
Ehtiyat oyunçular: 12. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 4. Fidan Cəfərova, 14. Leyla Ağayeva, 15. Nahidə Məmmədova, 16. Züleyxa Zamanlı, 20. Nurçin Tarverdizadə.
Baş məşqçi: Vüqar Əsgərli.

Malta: 1. Giulia Dantuono, 4. Tammi Falzon, 6. Mixaela Kaçia (17. İulia Mifsud, 79), 9. Keyli Villis, 10. Maya Lusia, 11. Martina Feneç (3. Georgiana Mifsud, 84), 13. Aleksandra Marsella Gatt (k), 14. Veronike Mifsud, 18. Yuliya Karella (16. İllena Farugia, 54), 19. Mariah Kardona, 20. Sarah Vera Barberi.
Ehtiyat oyunçular: 12. Raisa Konstantino, 2. İzabella Kamilleri, 5. Sabrin Bilhi, 7. Martina Kortis, 8. Emma Filippa Kiantar, 15. Eunis Mikallef.
Baş məşqçi: Franks Şembri.

Xəbəri sosial şəbəkələrdə paylaş: