Renat Dadaşov 11 dəqiqə oynadı, “Tondela” 1 xalla kifayətləndi

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 31-ci turu çərçivəsində “Vitoriya Gimaraynş” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.

“Tondela” 31 turdan sonra 26 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: