Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 1 və 2 mayda keçiriləcək.
“Zaqatala” səfərdə “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşacaq. “Şamaxı” ilə “Səbail”in əvəzediciləri “ASK Arena”da üz-üzə gələcək. “Neftçi”nin əvəzediciləri də “Zirə”nin ikinci komandasını sınağa çəkəcək.
“Kəpəz” Gəncədə MOİK-lə qarşılaşacaq. Artıq çempionluğu təmin edən “Qaradağ Lökbatan” “Qəbələ”nin əvəzediciləri ilə üz-üzə gələcək. Daha bir görüş isə “Qarabağ” və “Sabah”ın ikinci komandaları arasında keçiriləcək.
Birinci Divizion
24-cü tur
1 may
“Şamaxı-2” – “Səbail-2”
“ASK Arena”, 16:00.
“Neftçi-2” – “Zirə-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Sumqayıt-2” – “Zaqatala”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
2 may
“Kəpəz” – MOİK
Gəncə şəhər stadionu, 15:30.
“Qarabağ-2” – “Sabah-2”
Binə qəsəbə stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Qəbələ-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


