Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Kəpəz” doğma meydanda MOİK-lə heç-heçə edib. “Qarabağ” və “Sabah”ın əvəzediciləri arasındakı görüşdə isə qapılara ümumiyyətlə qol vurulmayıb.
Çempionluğu daha öncə təmin edən “Qaradağ Lökbatan” bu dəfə “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda 5 cavabsız qolla qalib gəliblər.
Birinci Divizion
24-cü tur
1 may
“Şamaxı-2” – “Səbail-2” 5:0
Qol: Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 16:00.
“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Xəqani Sadıxov, 34.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Sumqayıt-2” – “Zaqatala” 0:1
Qol: Xəlil Bəşirov, 26.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 16:00.
2 may
“Kəpəz” – MOİK 1:1
Qol: Emil Qasımov, 2 – İsa Zeynallı, 70-pen.
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu, 15:30.
“Qarabağ-2” – “Sabah-2” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Qəbələ-2” 5:0
Qol: Ceyhun Muxtarlı, 25. Həbib İsmayılov, 40. Ürfan İsmayılov, 47. Elnur Səmədov, 53. Sabir Allahquliyev, 70.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


