Türkiyə kubokunda ilk finalçı bəlli oldu

Futbol üzrə Türkiyə kubokunda ilk finalçı bəlli olub. Arena.az xəbər verir ki, “Kayserispor” bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Trabzonspor”u qəbul edib.

Səfərdə baş tutan ilk oyunda 0:1 hesabıyla uduzan Kayseri təmsilçisi cavab oyununda 4:2 hesablı qələbəyə sevinib. Beləcə, ümumi hesabda 4:3 hesabıyla üstün olan “Kayserispor” ilk finalçıya çevrilib.

Bu komandanın finaldakı rəqibi mayın 11-də keçiriləcək “Sivasspor” – “Alanyaspor” matçında müəyyənləşəcək. Sözügedən komandaların ilk matçında Sivas təmsilçisi 2:1 hesabıyla üstün olub.

Türkiyə kubokunda final matçı mayın 26-da keçiriləcək.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunu
10 may

Kayserispor – Trabzonspor 4:2
Qol: E.Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.

11 may

21:30. Sivasspor – Alanyaspor
İlk oyun – 2:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: