Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 29-cu tur çərçivəsində səfərdə “Mas Taborsko” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Fərid Nəbiyev bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 29 turdan sonra 15 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


