Futbol üzrə Türkiyə kubokunda sonuncu finalçı da bəlli olub. Arena.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” və “Alanyaspor” komandaları üz-üzə gəlib.
Səfərdə baş tutan ilk oyunda 2:1 hesabıyla qalib gələn Sivas təmsilçisi cavab oyununda heç-heçə ilə kifayətlənib. Matçda hesabı qonaqlar açsa da, meydan sahibləri buraxılan qolun əvəzini çıxa biliblər. Beləcə, ümumi hesabda 3:2 hesabıyla üstün olan “Sivasspor” finala vəsiqə qazanıb.
Bu komandanın finaldakı rəqibi “Kayserispor” olacaq. Hansı ki, Kayseri təmsilçisi yarımfinalda Super Liqanın cari mövsümünün qalibi olan “Trabzonspor”u mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, “Sivasspor” tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlir. “Kayserispor” isə artıq bir dəfə belə uğura imza atıb. Sözügedən komanda 2008-ci ildə yüksəldiyi Türkiyə kubokunun həlledici matçında “Gənclərbirliyi”nə qalib gəlib – 0:0, penaltilər – 11:10.
Türkiyə kubokunda final matçı mayın 26-da keçiriləcək.
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
10 may
Kayserispor – Trabzonspor 4:2
Qol: E.Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.
11 may
Sivasspor – Alanyaspor 1:1
Qol: H.Arslan, 88 – Dyedyu, 78.
İlk oyun – 2:1.


