Birinci Divizion: Mövsümün son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünün son turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, 26-cı turun görüşləri də eyni gündə baş tutacaq.

Çempionluğu daha öncə təmin etmiş “Qaradağ Lökbatan” son turda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşacaq. “Şamaxı-2” isə MOİK-lə üz-üzə gələcək. Bu oyunun nəticələri gümüş və bürünc medalçıların adına böyük ölçüdə aydınlıq gətirmiş olacaq. Ən azı bürünc medallara ümidli olan “Neftçi-2” “Zaqatala”nı qəbul edəcəksə, “Sabah-2” də “Kəpəz”in qonağı olacaq. “Turan Tovuz” isə bu turda “Zirə-2” ilə qarşılaşacaq. Daha bir oyun “Sumqayıt” və “Qəbələ”nin əvəzediciləri arasında baş tutacaq.

Birinci Divizion
26-cı tur
17 may

“Turan Tovuz” – “Zirə-2”
Tovuz şəhər stadionu, 16:00.

“Şamaxı-2” – MOİK
“ASK Arena”, 16:00.

“Neftçi-2” – “Zaqatala”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Kəpəz” – “Sabah-2”
Gəncə şəhər stadionu, 16:00.

“Sumqayıt-2” – “Qəbələ-2”
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 16:00.

“Qarabağ-2” – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: