Millətlər Liqası: İspaniya millisi Portuqaliya üzərində qələbəni əldən verdi

Futbol üzrə UEFA Millətlər Liqasında 1-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha 10 qarşılaşma baş tutub. A Liqasında 2, B Liqasında 3, C Liqasında 4, D Liqasında isə 1 matç baş tutub.

Günün mərkəzi görüşü İspaniya və Portuqaliya komandaları arasında keçirilib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib və qələbə qazanıb.

B Liqasının 2-ci qrupunun yeganə matçında İsrail yığması İslandiyanı qəbul edib. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

B Liqasının 4-cü qrupunda İsveç səfərdə Sloveniyanı, Norveç isə Serbiyanı məğlub edib.

C Liqasının 2-ci qrupunda Kipr evdə Kosovoya, Şimali İrlandiya isə Yunanıstana məğlub olub.

Bu liqanın 4-cü qrupu çərçivəsində keçirilən Bolqarıstan – Şimali Makedoniya matçında qalib müəyyənləşməyib. Qonşu Gürcüstan yığması isə doğma meydanda Cəbəllütariqi 4 cavabsız qolla üstələyib.

D Liqasında da Estoniya yığması evdə San Marino üzərində inamlı qələbəyə sevinib.

UEFA Millətlər Liqasında ilk tura iyunun 4-də yekun vurulacaq. Azərbaycan milli komandası turnirdə ilk oyununu iyunun 3-də keçirəcək. Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq. Bu oyuna saat 18:00-da start veriləcək.

UEFA Millətlər Liqası
1-ci tur
2 iyun

A Liqası, 2-ci qrup

İspaniya – Portuqaliya 1:1
Qol: Morata, 25 – Horta, 82.

Çexiya – İsveçrə 2:1
Qol: Kuxta, 11. Sou, 58-öz qapısına – Okafor, 44.

B Liqası, 2-ci qrup

İsrail – İslandiya 2:2
Qol: Abada, 25. Veysmann, 84 – Helqason, 42. Siqurdsson, 53.

B Liqası, 4-cü qrup

Sloveniya – İsveç 0:2
Qol: Forsberq, 39. Kuluşevski, 88.

Serbiya – Norveç 0:1
Qol: Haland, 26.

C Liqası, 2-ci qrup

Kipr – Kosovo 0:2
Qol: Berişa, 65. Jeqrova, 78.

Şimali İrlandiya – Yunanıstan 0:1
Qol: Bakasetas, 39.

C Liqası, 4-cü qrup

Bolqarıstan – Şimali Makedoniya 1:1
Qol: Despodov, 13 – Ristovski, 50.

Gürcüstan – Cəbəllütariq 4:0
Qol: Kvaratsxeliya, 12. Kaşiya, 33. Mikautadze, 87. Vako, 88.

D Liqası, 2-ci qrup

Estoniya – San Marino 2:0
Qol: Kirss, 24. Tamm, 32.

Xəbəri sosial şəbəkələrdə paylaş: