Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Ömər Ərdoğan çalışdıracaq.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Ömər Ərdoğan bu postda bir neçə gün öncə istefaya göndərilmiş Hikmət Karamanı əvəz edib. 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməmişdi. O, 2021-ci ildən komandaya rəhbərlik edirdi.
“Kayserispor” geridə qalan mövsümü 47 xalla 14-cü pillədə başa vurub. Komanda ötən mövsümə Yalçın Koşukavak ilə başlamış, lakin 2-ci turdan sonra onunla yollarını ayırmışdı. Məhz ondan sonra baş məşqçi postu Hikmət Karamana tapşırılmışdı.


