Azərbaycan millisi Belarusla matçda ilk xalını qazandı

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Serbiyada Belarus yığması ilə üz-üzə gəlib.

Belarus yığma komandası bu qarşılaşmanı doğma meydanda keçirə bilmirdi. Məlum olduğu kimi, sözügedən ölkə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara dəstək verdiyi üçün UEFA tərəfindən sanksiyalarla üzləşib. Bu üzdən də matç Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilib. Boş tribunalar qarşısında baş tutan qarşılaşmanı isveçli hakimlər briqadası idarə edib.

Bu oyunda qapılara qol vurulmayıb. Matçın sonlarında Azərbaycan yığmasının müdafiəçisi Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Amma bu, qarşılaşmanın yekun nəticəsinə ciddi təsir göstərməyib.

3-cü qrupun digər oyunu Slovakiya və Qazaxıstan yığmaları arasında baş tutub. Qazaxlar bu matçdan 1:0 hesabıyla qalib ayrılıblar və qrupda vahid liderliyi ələ keçiriblər.

Xatırladaq ki, Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmuşdu. Belarus yığma komandası isə Serbiyada Slovakiya millisinə minimal hesabla məğlub olmuşdu – 0:1.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
6 iyun

Belarus – Azərbaycan 0:0
Qırmızı vərəqə: Q.Alıyev, 84.
Baş hakim: Məhəmməd Əl-Hakim.
Serbiya. Novi Sad. “Karadjordje” stadionu.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçayev 4. Ruslan Xadarkeviç 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 7. Artyom Bıkov 8. Hlep Şauçenka. 11. Andrey Solovey, 14. Yevgeni Yablonski (k), 19. Valeri Boçerov, 20. Zaxar Volkov.
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kiril Peçenin, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Bequnov, 23. Valeri Qromiko.
Baş məşqçi: Georgi Kondratyev.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Xal durumu: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1

Xəbəri sosial şəbəkələrdə paylaş: