Rəhman Hacıyev yenidən “Neftçi”də!

Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev yenidən bu komandaya qayıdıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb. 2020-ci ilin yayından bu klubda forma geyinən yarımmüdafiəçi növbəti mövsümdən yenə doğma komandasının uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu “Neftçi”də 17 nömrəli formanı geyinəcək.

“Neftçi” ilə 2023/24 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində bu komandanın heyətində 166 oyuna çıxıb, 16 qol vurub.

Rəhman “Bakı”nın yetirməsidir. O, “Neftçi”dən öncə “Sumqayıt”da, həmçinin Türkiyənin “Qaziantep” komandasında da forma geyinib. Hacıyev Azərbaycan milli komandasında da 7 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: