Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Malta təmsilçisi “Qzira Yunayted” doğma meydanda Andorranın “Atletik Eskaldes” kollektivi ilə üz-üzə gəlib. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyunda qalibi müəyyənləşdirə bilməyiblər.

Günün digər matçında isə Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiyanın “Larne” komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
5 iyul

“Qzira Yunayted” (Malta) – “Atletik Eskaldes” (Andorra) 1:1

“Sent Cozefs” (Cəbəllütariq) – “Larne” (Şimali İrlandiya) 0:0

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək.

“Alaşkert” (Ermənistan) – “Hamrun Spartans” (Malta)
“Laçi” (Albaniya) – “İskra” (Monteneqro)
“Buduçnost” (Monteneqro) – “Lapi” (Kosovo)
“Breydablik” (İslandiya) – “Santa-Koloma” (Andorra)
“Dinamo” (Minsk, Belarus) – “Deçiç” (Monteneqro)
“Poqon” (Polşa) – “Reykyavik” (İslandiya)
“Lexiya” (Polşa) – “Pandev Akademiyası” (Makedoniya)
“Liepaya” (Latviya) – “Gilyani” (Kosovo)
“Dunayska Streda” (Slovakiya) – “Kliftonvill” (Şimali İrlandiya)
“Tre Penne” (San Marino) – “Tuzla Siti” (Bosniya və Herseqovina)
“HB Torshavn” (Farer adaları) – “Nyutaun” (Uels)
“İnter” (Finlandiya) – “Drita” (Kosovo)
“Sfintul George” (Moldova) – “Mura” (Sloveniya)
“Borats” (Bosniya və Herseqovina) – “B-36 Torshavn” (Farer adaları)
“Vikinqur” (Farer adaları) – “Europa” (Cəbəllütariq)
“Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya)
“Meqpays” (Cəbəllütariq) – “Kruseyders” (Şimali İrlandiya)
“Dinamo” (Tiflis, Gürcüstan) – “Payde” (Estoniya)
“Panevejis” (Litva) – “Milsami” (Moldova)
“KuPS” (Finlandiya) – “Dila” (Gürcüstan)
“Rujomberok” (Slovakiya) – “Jalgiris” (Litva)
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Differdanj” (Lüksemburq)
“Bala Taun” (Uels) – “Slayqo Rovers” (İrlanidya)
“Tre Fyori” (San Marino) – “Fola” (Lüksemburq)
“Şkendiya” (Şimali Makedoniya) – “Ararat” (Ermənistan)
“Floriana” (Malta) – “Petrokub” (Moldova)
“Flora” (Estoniya) – “Seynayoki” (Finlandiya)
“Derri Siti” (İrlandiya) – “Riqa” (Latviya)

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: