PFL-də yeni təyinat – Aslan Şahgəldiyev vitse-prezident oldu!

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, PFL-də yeni vitse-prezident postu yaradılıb. Yeni yaradılmış posta artıq təyinat də rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olunub.

Xatırladaq ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” futbol klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb.

Aslan Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: