Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
İsveç “Yurqarden”i səfərdə Kipr APOEL-i ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda isveçlilər 3 cavabsız qolla qalib gəlmişdilər. Beş qolun qeydə alındığı cavab görüşündə kiprlilər qalib gəliblər. Lakin ümumi hesabda rəqibini üstələyən “Yurqarden” bu turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
17 avqust
APOEL (Kipr) – Yurqarden (İsveç) 3:2
İlk oyun – 0:3
25 avqust
Slaviya (Praqa, Çexiya) – Rakuv (Polşa) (İlk oyun 1:2)
Nitsa (Fransa) – Makkabi (Təl-Əviv, İsrail) (0:1)
Volfsberger (Avstriya) – Molde (Norveç) (1:0)
Linfild (Şimali İrlandiya) – RFS (Latviya) (2:2)
AİK (İsveç) – Slovaçko (Çexiya) (0:3)
Bazel (İsveçrə) – ÇSKA (Sofiya, Bolqarıstan) (0:1)
Anderlext (Belçika) – Yanq Boyz (İsveçrə) (1:0)
Hapoel (Beer-Şeva, İsrail) – Universitatya (Krayova, Rumıniya) (1:1)
Antverpen (Belçika) – Başakşəhər (Türkiyə) (1:1)
Rapid (Avstriya) – Vaduts (Lixtenşteyn) (1:1)
Slovan (Bratislava, Slovakiya) – Zrinski (Bosniya və Herseqovina) (0:1)
ÇFR Kluj (Rumıniya) – Maribor (Sloveniya) (0:0)
Vikinq (Norveç) – Styaua (Rumıniya) (2:1)
Fehervar (Macarıstan) – Köln (Almaniya) (2:1)
Düdelanj (Lüksemburq) – Lex (Polşa) (0:2)
Viborq (Danimarka) – Vest Hem (İngiltərə) (1:3)
Hayduk (Xorvatiya) – Vilyarreal (İspaniya) (2:4)
Jil Visente (Portuqaliya) – Alkmaar (Niderland) (0:4)
Hamrun Spartans (Malta) – Partizan (Serbiya) (1:4)
Tvente (Niderland) – Fiorentina (İtaliya) (1:2)
Balkani (Kosovo) – Şkupi (Şimali Makedoniya) (2:1)


