Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 6-cı turu çərçivəsində baş tutan Drezden “Dinamo”su ilə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Ersgebirge” meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Dmitri Nazarov bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb.
“Ersgebirge” 6 turdan sonra 3 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.


