Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2-ci turun oyunları 30 və 31 avqustda keçiriləcək. Gəncə şəhər stadionunun ehtiyat meydançasında təmir və yenidənqurma işləri aparıldığı üçün hər iki komandanın razılıq məktubu ilə bu turun oyunu “Turan Tovuz-2” – “Kəpəz-2”, 17-ci turun oyunu “Kəpəz-2” – “Turan Tovuz-2” kimi qeyd olunub.
2-ci turun ilk oyun günündə “Zaqatala” “Mingəçevir”i, “Qarabağ”ın əvəzediciləri MOİK-i, “Neftçi”nin əvəzediciləri “Qaradağ Lökbatan”ı qəbul edəcək.
Sonuncu oyun günündə isə “Turan Tovuz”un ikinci komandası “Kəpəz”in əvəzediciləriylə qarşılaşacaqsa, “İmişli” “Araz Naxçıvan”la üz-üzə gələcək. Digər oyunlar “Şamaxı” və “Qəbələ”nin əvəzediciləri, həmçinin “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutacaq.
Birinci Divizion
2-ci tur
30 avqust
“Zaqatala” – “Mingəçevir”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
Zaqatala OİK stadionu, 16:30.
“Qarabağ-2” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
Binə qəsəbə stadionu, 16:30.
“Neftçi-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Elman Kərimov, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
31 avqust
“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu, 16:00.
“Şamaxı-2” – “Qəbələ-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, İrşad Aydınov
Hakim-inspektor: Asim Xudiyev
Şamaxı şəhər stadionu, 16:30.
“Sumqayıt-2” – “Zirə-2”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymurov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
“Sumqayıt Arena”, 17:00.
“İmişli” – “Araz Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Saatlı OİK stadionu, 17:00.


