Birinci Divizion: Naxçıvanda növbəti darmadağın

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Tovuzda “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri, Qəbələdə isə “Qəbələ” və “Kəpəz”in əvəzediciləri üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub. Naxçıvanda da “Araz Naxçıvan” “Şamaxı”nın ikinci komandasını sınağa çəkib. Meydan sahibləri ardıcıl 3-cü darmadağına seviniblər.

Sonuncu oyun günündə MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edəcək. “Qarabağ”ın əvəzediciləri bu turda “Mingəçevir”in qonağı olacaq. Nəhayət turun son matçında “Səbail” və “Neftçi”nin əvəzediciləri qarşılaşacaq.

Birinci Divizion
3-cü tur

6 sentyabr

“Turan Tovuz-2” – “Sumqayıt-2” 3:0
Qol: Ayxan Quseynov, 11; 59; 76.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
Tovuz şəhər stadionu, 16:00.

“Qəbələ-2” – “Kəpəz-2” 1:0
Qol: Tolqar Yaqubov, 12.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30.

“Araz Naxçıvan” – “Şamaxı-2” 5:0
Qol: Xəyal Tomarov, 21; 60. Orxan Əliyev, 36. Fərid Kərimzadə, 47. Bayraməli Qurbanov, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.

7 sentyabr

MOİK – “İmişli”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu, 16:30.

“Mingəçevir” – “Qarabağ-2”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Gülağa Cabarov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Səbail-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
“ASCO Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: