Birinci Divizion: “Qəbələ” Sumqayıtdan qələbə ilə döndü

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sumqayıt” və “Qəbələ” klublarının əvəzedici komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındğı matçda qonaqlar qələbəyə sevinən tərəf olub.

Birinci Divizion
4-cü tur
19 sentyabr

“Sumqayıt-2” – “Qəbələ-2” 2:3
Qol: İbrahim Əliyev, 28-pen. Xəlil Bəşirov, 57 – Rauf Məhərrəmov, 25. Əzəmət Ələkbərli, 53. Aqil Nəsibov, 75.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
“Sumqayıt Arena”, 16:00.

Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında bu nəticələr qeydə alınmışdı:

“Qarabağ-2” – “Qaradağ Lökbatan” 2:0
“Şamaxı-2” – MOİK 1:1
“Zaqatala” – “Səbail-2” 5:4
“Kəpəz-2” – “Araz Naxçıvan” 1:2
“İmişli” – “Mingəçevir” 0:6
“Zirə-2” – “Turan Tovuz-2” 2:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: