UEFA Millətlər Liqasında daha 2 qrup qalibi bəlli oldu

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqaları çərçivəsində ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda Xorvatiya Avstriyanın, Fransa Danimarkanın qonağı olub. Sonuncu turda yalnız Xorvatiya və Danimarkanın final mərhələsinə yüksəlmək şansı vardı. Yekunda qrup liderliyi səfərdə Avstriya üzərində inamlı qələbəyə sevinən xorvatlara qismət olub. Fransa yığması isə Danimarka ilə oyunda 2 cavabsız qolla məğlub olub.

4-cü qrupda Niderland Belçikanı, Uesl Polşanı qəbul edib. “Narıncılar” çətin qələbə ilə qrup liderliyini rəsmiləşdiriblər. Britaniyalılar isə Polşaya məğlub olmaqla aşağı liqaya eniblər.

C Liqasındakı görüşlər formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli idi. Azərbaycan yığmasının qrup lideri Qazaxıstanı böyük hesabla yendiyi gündə, qrupun digər matçı (Belarus – Slovakiya) heç-heçə yekunlaşıb. Türkiyə millisi səfərdə Farer adalarına, Litva isə Lüksemburqa məğlub olub.

D Liqasında Andorra Latviya ilə, Moldova isə Lixtenşteynlə üz-üzə gəlib. Latviya bu tur xal itirsə də, liderliyini qoruyub və C Liqasına vəsiqə qazanıb. Eyni xala malik Moldova isə ikinci olub.

UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turunun digər oyunları 26 və 27 sentyabrda keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
25 sentyabr

A Liqası, 1-ci qrup

Avstriya – Xorvatiya 1:3
Qol: Baumqartner, 9 – Modriç, 6. Livaya, 69. Lovren, 72.

Danimarka – Fransa 2:0
Qol: Dolberq, 34. Olsen, 39.

Xal: Xorvatiya – 13. Danimarka – 12. Fransa – 5. Avstriya – 4.

A Liqası, 4-cü qrup

Niderland – Belçika 1:0
Qol: Van Deyk, 73.

Uels – Polşa 0:1
Qol: Sviderski, 58.

Xal: Niderland – 16. Belçika – 10. Polşa – 7. Uels – 1.

C Liqası, 1-ci qrup

Farer adaları – Türkiyə 2:1
Qol: Davidsen, 53. Edmundsson, 59 – S.Gürler, 89.

Lüksemburq – Litva 1:0
Qol: Rodriqes, 88.

Xal: Türkiyə – 13. Lüksemburq – 11. Farer adaları – 8. Litva – 1.

C Liqası, 3-cü qrup

Slovakiya – Belarus 1:1
Qol: Zrelak, 65 – Baxar, 45.

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.

Xal: Qazaxıstan – 13, Azərbaycan – 10. Slovakiya – 7. Belarus – 3.

D Liqası, 1-ci qrup

Andorra – Latviya 1:1
Qol: Rosas, 88 – Qutkovski, 50.

Moldova – Lixtenşteyn 2:0
Qol
: Stina, 90+2; 90+4.

Xal: Latviya – 13. Moldova – 13. Andorra – 8. Lixtenşteyn – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: