19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığmamız ilk turda Monteneqro millisi ilə qarşılaşıb.
Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda təşkil olunan matçda hesabı millimiz açıb. Edanur Mutlu balkanlıların qapısına yol tapıb. Lakin Zamir Həsənovun yetirmələri üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol vuran Monteneqro 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Yığmamızın yer aldığı 1-ci qrupun digər oyununda Xorvatiya Kiprlə qarşılaşıb. Qrup oyunlarına ev sahibliyi edən xorvatlar bu matçdan 1:0 hesabı ilə qalib ayrılıblar.
Azərbaycan millisi oktyabrın 7-də Kipr, 10-da isə Xorvatiya yığması ilə üz-üzə gələcək.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 1-ci qrup
4 oktyabr
Monteneqro – Azərbaycan 2:1
Qollar: Lidiya Staniç, 29. Anastasiya Rakoçeviç, 76 – Edanur Mutlu, 17.
Baş hakim: Marisca Overtoom (Niderland).
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya).
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya).
Poreç. “Veli Joze” stadionu.
Monteneqro: 12. Ayşa Kalaç, 2. Andela Qoluboviç, 3. Anastasiya Buliç, 5. Tanya Malesiya, 6. Andrea Vukadinoviç, 7. Lidiya Staniç (14. Andela Savoviç, 88), 8. Sara Simonoviç (k), 9. Nejla Biciç, 11. Ana Krivokapiç (18. Valeriya Radmanoviç, 87), 10. Anastasiya Rakoçeviç, 15. Yelena Raleviç.
Ehtiyat oyunçular: 1. Mariya Vukoviç, 22. Yelena Vujiçiç, 4. Saniya Paçariz, 13. Mia Baturan, 16. Melaniya Kaluderoviç, 17. Sara Draganiç, 20. Mina Baleviç.
Baş məşqçi: Mirko Mariç.
Azərbaycan: 1. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 3. Milana Rəhimova (k), 4. Fidan Cəfərova, 5. Fatiməyi Zəhra Huseynli, 6. Samirə Aşırova, 7. Buse Nur Kocabey, 9. Eda Nur Mutlu, 10. Nahidə Məmmədova (16. Züleyxa Zamanlı, 67), 13. Nurçin Tarverdizadə, 19. Fatimə Əhmədli (8. Şeyma Nur Gencay, 67 / 14. Gülbahar Yıldız, 89).
Ehtiyat oyunçular: 12. Rabiyə Mustafayeva, 11. Müjgan Seyidova, 15. Lalə Həsənova, 17. İntizar Haqverdiyeva, 18. Aytac Mirzəyeva.
Baş məşqçi: Zamir Həsənov.


