Dmitri Nazarov üçün 90 dəqiqə, 1 “sarı” və 1 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 12-ci turu çərçivəsində baş tutan “Halleşer”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. 3-cü dəqiqədə məğlub duruma düşən Aue təmsilçisi 88-ci dəqiqədə bərabərlik qolunu vurmağa nail olub.

Dmitri Nazarov bu matça start heyətdə başlayıb və sonadək oynayıb. O, 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ersgebirge” 12 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: