AFFA Divizon klublarını təşkilati problemlərə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qaradağ Lökbatan” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunub. Oyun xərəkdaşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunub. “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 80 manat cərimə olunub.

“Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün “Neftçi” 160 manat cərimə olunub. “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 80 manat cərimə olunub. “Kəpəz”in baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılıb. Gəncə klubu buna 80 manat cərimə də olunub.

“Qarabağ-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 80 manat cərimə olunub. “İmişli”nin futbolçusu Nicat Fərəcli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “İmişli” klubu buna görə 320 manat cərimə də olunub.

MOİK – “Qəbələ-2” oyununda “Qəbələ”nin nümayəndəsi iclasa gecikdiyi üçün sözügedən klub 40 manat cərimə olunub. Təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunub. MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunub. Təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunub. Oyunda azarkeşlər tərəfindən stadiona kənar əşya atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunub. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün sözügedən klub 80 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: