Birinci Divizion: “Araz Naxçıvan” doğma meydanda ilk dəfə xal itirdi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri səfərdə “Şamaxı”nın ikinci komandasına uduzubsa, “Qaradağ Lökbatan” “Turan Tovuz”un əvəzedici kollektivinə məğlub olub. “Qəbələ”nin ikinci komandası doğma meydanda “Mingəçevir”i 4 cavabsız məğlub edib. Lider “Araz Naxçıvan” isə bu tur MOİK-i qəbul edib. Naxçıvan təmsilçisi bu oyunda qələbəni əldən verib və növbəti xal itkisi ilə üzləşib.

Xatırladaq ki, “Araz Naxçıvan” ötən tur da ilk dəfə “Qəbələ”nin ikinci komandası ilə səfər oyununda xal itkisi ilə üzləşmişdi.

Birinci Divizion
10-cu tur
1 noyabr

“Zirə-2” – “Səbail-2” 2:2
Qol: Samir Ağayev, 42. Mahmud Ağayev, 45+2 – Vidadi Cəfərov, 14; 53.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
Bakı. “ASK Arena”, 13:00.

“Sumqayıt-2” – “Neftçi-2” 1:2
Qol: Nihad Ağayev, 30 – İbrahim Novruzov, 3. Vüsal Əsgərov, 61.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyeva, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz-2” – “Zaqatala” 2:1
Qol: Rauf Əliyev, 36. Cavad Kərimov, 69 – Emin Quliyev, 64.
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Orxan İbişov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

2 noyabr

“Şamaxı-2” – “Qarabağ-2” 4:2
Qol: Tapdıq Əhmədov, 11; 20. Uğur Cahangirov, 40; 60 – Şirxan Həsənzadə, 53. Seyxan Fərəcov, 78.
Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qaradağ Lökbatan” 2:1
Qol: Elçin Qasımov, 88. İzzət Müştaqov, 90 – Ceyhun Muxtarlı, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Tovuz şəhər stadionu, 14:00.

“Qəbələ-2” – “Mingəçevir” 4:0
Qol: Fərid İsgəndərov, 44. Süleyman Damadayev, 57. Tolqar Yaqubov, 74. Aqil Nəsibov, 77.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Araz Naxçıvan” – MOİK 3:3
Qol: Həzrət İsayev, 8. Ege Atlam Adnan, 26. Orxan Əliyev, 53 – İlham Allahverdiyev, 21; 82; 84.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Naxçıvan Muxtar Respublika Stadionu 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: