Dmitri Nazarov üçün 52 dəqiqə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 16-cı turu çərçivəsində baş tutan “Duysburq”la qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib və 2 cavabsız qolla məğlub olub. Dmitri Nazarov bu matçın 38-ci dəqiqəsində meydana buraxılıb.

Bu, “Ersgebirge”nin ardıcıl 2-ci, cari mövsümdə isə 9-cu məğlubiyyətidir. Aue təmsilçisi geridə qalan 16 turda cəmi 2 qələbə qazanıb və 5 heç-heçəyə nail ola bilib. Bu komanda hazırda 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: