Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 17-ci turu çərçivəsində baş tutan Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib və tək qolla 3 xal qazanıb. Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
Bu, “Ersgebirge”nin cari mövsümdəki 3-cü qələbəsidir. Aue təmsilçisi geridə qalan 17 turda 5 heç-heçəyə də nail ola bilib və 9 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 14 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.


