Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci turun oyun cədvəli bəlli olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti turun qarşılaşmaları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək. İlk gündə dörd, sonuncu oyun günündə isə üç qarşılaşma baş tutacaq.
Birinci Divizion
12-ci tur
30 noyabr
“Zirə-2” – “Zaqatala”
Bakı. “ASK Arena”, 13:00.
“Sumqayıt-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 14:00.
“Turan Tovuz-2” – “Neftçi-2”
Tovuz şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “İmişli”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
1 dekabr
“Qəbələ-2” – “Səbail-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu, 14:00.
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan”
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.


