AFFA 3 komandanı təcili tibbi yardıma görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda aparılan müzakirələrdən sonra Birinci Divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Zaqatala” oyununda “Zirə”nin oyunçusu Elmar Rəhimov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə o, 1 oyun cəzalandırılıb, klubu isə 20 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 160 manat cərimə edilib.

“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyundan öncəki iclasa gecikdiyinə görə “Kəpəz” klubu 40 manat cərimə edilib. Oyunda təcili tibbi yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz” klubu 160 manat cərimə edilib.

“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilib. “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün paytaxt klubu 80 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: