Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turun oyun cədvəli bəlli olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bu turun oyunları 10 və 11 dekabrda keçiriləcək. Peşəkar Futbol Liqası “Şamaxı” və “Sumqayıt”ın əvəzediciləri arasındakı oyunların təqvimində dəyişiklik edildiyini də açıqlayıb. Qurumun yaydığı məlumata görə, buna “Sumqayıt Arena”nın ehtiyat meydançasında təmir işlərinin aparılması səbəb olub. Bu üzdən də birinci dövrənin oyunu “Şamaxı-2” – “Sumqayıt-2”, ikinci dövrənin oyunu isə “Sumqayıt-2” – “Şamaxı-2” olaraq dəyişdirilib.
Birinci Divizion
14-cü tur
10 dekabr
“Şamaxı-2” – “Sumqayıt-2”
Şamaxı şəhər stadionu, 14:00.
“Turan Tovuz-2” – “Qarabağ-2”
Tovuz şəhər stadionu, 14:00.
“Mingəçevir” – “Qaradağ Lökbatan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Zirə-2” – “İmişli”
Bakı. ASK Arena, 15:00.
11 dekabr
MOİK – “Səbail-2”
Binə qəsəbə stadionu, 13:30.
“Qəbələ-2” – “Zaqatala”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Araz Naxçıvan” – “Neftçi-2”
Naxçıvan Muxtar Respublika Stadionu, 14:00.


