Türkiyənin “Trabzonspor” klubu qapıçısı Arda Akbulut ilə yollarını müvəqqəti ayırıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi 21 yaşlı qolkiperi “Adanaspor”a icarəyə verib.
Bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar. Gənc qolkiper Adana təmsilçisi ilə 1.5 illik icarə müqaviləsi imzalayıb.
Arda Akbulut “Trabzonspor” klubunun öz yetirməsidir. O, bu klubun əsas komandasında 6 oyun keçirib. Akbulut ötən il “Bandırmaspor”da da icarədə oynayıb. Gənc qolkiper Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.


