“Fənərbaxça” niderlandlı müdafiəçi üçün 6 milyon avro ödədi

Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Parma” klubunun müdafiəçisi Ceyden Ostervoldeni heyətinə cəlb edib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Niderlanddan olan sol cinah müdafiəçisi ilə 4.5 illik müqavilə imzalanıb. “Fənərbaxça” bu transfer üçün “Parma”ya 6 milyon avro ödəyib.

Ceyden Ostervolde Niderlandın “Tvente” klubunun yetirməsidir. 21 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Parma”ya transfer olunmuşdu. O, İtaliya B Seriyasında mübarizə aparan bu komandanın heyətində meydana çıxdığı 24 oyunda 1 qol da vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: