La Liqa: “Barselona” təxirə salınmış oyundan qalib ayrıldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında lider “Barselona” səfərdə “Betis”lə qarşılaşıb.

Üç qolun qeydə alındığı matç Kataloniya təmsilçisinin növbəti qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində xalını 50-yə çatdıran “Barselona” əsas izləyicisi “Real”ı 8 xal qabaqlayır. Amma Madrid təmsilçisinin də təxirə salınmış bir oyunu var. Doğma meydanda uduzan “Betis” isə 31 xalla 6-cı pillədə qərarlaşıb.

İspaniya La Liqası
17-ci turun oyunu
1 fevral

Betis – Barselona 1:2
Qol: Kunde, 85-öz qapısına – Rafinya, 65. Levandovski, 80.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: