Dieqo Lyorente “Roma”da!

Futbol üzrə İspaniya milli komandasının və İngiltərənin “Lids” klubunun müdafiəçisi Dieqo Lyorente Premyer Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu İtaliyanın “Roma” klubuna keçib.

Bu barədə A Seriyasında mübarizə aparan paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspan futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün “Lids”ə 500 min avro ödənilib. Futbolçunun transfer hüquqlarının alınması üçün isə 12 milyon avro ödəmək lazım gələcək.

Dieqo Lyorente Madrid “Real”ının yetirməsidir. O, “kral klubu”nun əsas komandasında cəmi 3 matç keçirib. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya. Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisində 59 oyuna çıxıb və 4 qol da vurub.

Lyorente İspaniya milli komandasında da 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: