Birinci Divizionda 20-ci turun oyun cədvəli açıqlandı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Birinci Divizionunda 20-ci turun oyun cədvəlini açıqlayıb. Arena.az xəbər verir ki, bu turun oyunları da iki günü əhatə edəcək.

Martın 7-də dörd qarşılaşma baş tutacaq. Bir gün sonra isə turun son üç oyunu keçiriləcək.

20-ci turun proqramını təqdim edirik:

Birinci Divizion
20-ci tur
7 mart

“Zirə-2” – “Qəbələ-2”
Bakı. “ASK Arena”, 13:00.

“Kəpəz-2” – MOİK
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Şamaxı-2” – “Mingəçevir”
Şamaxı şəhər stadionu, 15:00.

“Zaqatala” – “Neftçi-2”
Zaqatala OİK stadionu, 15:00.

8 mart

“İmişli” – “Qaradağ Lökbatan”
Saatlı OİK stadionu, 15:00.

“Qarabağ-2” – “Səbail-2”
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Araz Naxçıvan”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: