Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşlərinin oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan Kubokunda yarımfinalın ilk oyunları 18-19 apreldə, cavab görüşləri isə 26-27 apreldə baş tutacaq. Həmin oyunların proqramını təqdim edirik:
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
18 aprel
“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu, 18:00.
19 aprel
“Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu, 16:00.
Yarımfinalın cavab oyunları
26 aprel
“Neftçi” – “Turan Tovuz”
Bakı. “Bakcell Arena”, 20:00.
27 aprel
“Səbail” – “Qəbələ”
Bakı. “ASCO Arena”, 20:00.


