Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan üçü baş tutub.
“Şamaxı”nın əvəzediciləri ilə səfər oyununa gedən “Mingəçevir”in avtobusu yolda qəzaya uğrayıb. Bu üzdən sözügedən komandaların oyunu təxirə salınıb.
Baş tutan matçlara gəlincə, “Zirə”nin ikinci komandası doğma meydanda “Qəbələ”nin əvəzedicilərinə məğlub olub. Səfərdə “Zaqatala” ilə qarşılaşan “Neftçi”nin ikinci komandası isə qalib gəlib. “Kəpəz”in əvəzediciləri də MOİK-lə ev oyununda 4 cavabsız qola sevinib.
20-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Birinci Divizion
20-ci tur
7 mart
“Zirə-2” – “Qəbələ-2” 2:4
Qol: Zöhrab Əsədov, 11. Samir Ağayev, 77 – Hüseyn Mürsəlov, 15. Sənan Ağalarov, 22; 57. Salman Ələsgərov, 90+5-pen.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Sevda Nuriyeva, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Bakı. “ASK Arena”, 13:00.
“Kəpəz-2” – MOİK 4:0
Qol: Elnur Cəfərov, 38. Samir Məhərrəmli, 42. Nicat Məmmədov, 54. Oqtay Məmmədov, 76.
Hakimlər: Səbuhi Bayramov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Şamaxı-2” – “Mingəçevir” (təxirə salınıb)
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 15:00.
“Zaqatala” – “Neftçi-2” 1:3
Qol: Cəlal Cəbrayılov, 63 – Oruc Məmmədov, 45+2. Həbib İsmayılov, 52. Elşad Tağıyev, 81.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Sultanov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 15:00.
8 mart
“İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Orxan İbişov, Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu, 15:00.
“Qarabağ-2” – “Səbail-2”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 15:00.
“Sumqayıt-2” – “Araz Naxçıvan”
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.


