Konfrans Liqasında Türkiyə klublarından biri uduzdu, digəri…

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşəhər”i ilə üz-üzə gəlib. Tərəflər bu oyundan bərabərliklə ayrılıblar. Türkiyənin bu turnirdəki digər təmsilçisi “Sivasspor” isə səfərdə “Fiorentina” ilə qarşılaşıb və məğlubiyyətə üzülüb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məğlub etdiyi Polşa “Lex”i və İsveçrə “Bazel”i isə evdə müvafiq olaraq, İsveç “Yurqarden”i və Slovakiya “Slovan”ı ilə üz-üzə gəliblər. “Bazel” ilk oyunda heç-heçə ilə kifayətlənibsə, “Lex” inamlı qələbəyə sevinib.

İngiltərə təmsilçisi “Vest Hem” Kiprdə AEK (Larnaka) üzərində inamlı qələbə qazanıbsa, Fransa “Nitsa”sı da səfərdə Moldova “Şerif”ini tək qolla üstələyib. Belçika “Anderlext”i ilə İspaniya “Vilyarreal”ı arasındakı ilk oyunda isə qalib müəyyənləşməyib.

Xatırladaq ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “Alkmaar” komandaları arasında keçirilmişdi. Bu matç qonaqların qələbəsi ilə başa çatmışdı – 2:1.

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçları martın 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları
9 mart

AEK (Larnaka, Kipr) – Vest Hem (İngiltərə) 0:2
Qol: M.Antonio, 36; 45+2.

Şerif (Moldova) – Nitsa (Fransa) 0:1
Qol: Amraui, 45+3.

Anderlext (Belçika) – Vilyarreal (İspaniya) 1:1
Qol: Dreyer, 57 – Triqeros, 28.

Fiorentina (İtaliya) – Sivasspor (Türkiyə) 1:0
Qol: A.Barak, 69.

Lex (Polşa) – Yurqarden (İsveç) 2:0
Qol: Miliç, 39. Marçvinski, 82.

Bazel (İsveçrə) – Slovan (Slovakiya) 2:2
Qol: Amduni, 6. Zeqiri, 40 – Medvedev, 17. Abubakari, 70.

Gent (Belçika) – Başakşəhər (Türkiyə) 1:1
Qol: Orban, 45 – Okaka, 16.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: