Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turdan təxirə salınmış bir qarşılaşma keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Şamaxı”nın ikinci komandası doğma meydanda “Mingəçevir”lə üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. Bu qələbədən sonra “Şamaxı”nın əvəzedici komandası 27 xalla 8-ci pillədə qərarlaşıb. “Mingəçevir” isə 15 xalla 15 iştirakçı arasında 14-cüdür.
Xatırladaq ki, “Şamaxı-2” – “Mingəçevir” oyunu martın 7-də keçirilməli idi. Lakin “Mingəçevir” komandası səfər oyununa gedərkən avtomobil qəzasına uğramışdı. Sözügedən komandanı aparan avtobus qarşıdan gələn yük maşını ilə toqquşduğundan klub rəsmiləri və futbolçular arasında müxtəlif dərəcəli xəsarət alanlar olmuşdu. Bu fors-major hal nəzərə alınaraq, qarşılaşma Peşəkar Futbol Liqası tərəfindən təxirə salınmışdı.
Birinci Divizion
20-ci tur
24 mart
“Şamaxı-2” – “Mingəçevir” 3:1
Qollar: Tapdıq Əhmədov, 47. Qurban Səfərov, 77. Rövşən Şahmuradov, 89 – Tural Məmmədzadə, 62.
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Şamaxı şəhər stadionu, 15:00.


