AÇ-2024: Türkiyə millisindən İrəvanda əzmkar qələbə!

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün ilk tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup (A, D, və İ) üzrə daha 7 qarşılaşma baş tutub.

A qrupunda Şotlandiya yığması Kipri, İspaniya millisi Norveçi qəbul edib. Hər iki oyun meydan sahiblərinin böyük hesablı qələbəsiylə yekunlaşıb. Həm şotlandlar, həm də ispanlar 3 xalı 3 cavabsız qolla qazanıblar.

D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla üz-üzə gəlib. “Ay-ulduzlular” İrəvandakı matçda erkən qol buraxsalar da, qalan dəqiqələrdə rəqib qapısından iki top keçirməklə əzmkar qələbəyə imza atıblar. Qrupun digər oyunu isə Xorvatiya və Uels yığmaları arasında baş tutub. Xorvatlar yeni seçmə mərhələyə xal itkisiylə başlayıblar. Sözügedən komanda qələbəni son saniyələrdə əldən verib.

Qalan üç qarşılaşma İ qrupu çərçivəsində keçirilib. Belarus İsveçrənu, İsrail Kosovonu, Andorra da Rumıniyanı qəbul edib. İsraildəki oyunda qalib müəyyənləşməyib. Digər iki oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
25 mart

A qrupu

Şotlandiya – Kipr 3:0
Qol: Makqinn, 21. Maktominay, 87; 90+3.

İspaniya – Norveç 3:0
Qol: Olmo, 13. Xoselu, 84; 85.

D qrupu

Ermənistan – Türkiyə 1:2
Qol: O.Kabak, 11-öz qapısına – O.Kökcü, 35. K.Aktürkoğlu, 64.

Xorvatiya – Uels 1:1
Qol: Kramariç, 28 – Brodhed, 90+3.

İ qrupu

Belarus – İsveçrə 0:5
Qol: Şteffen, 4; 17; 29. Caka, 62. Amduni, 65.

İsrail – Kosovo 1:1
Qol: Perets, 56 – Dasa, 36-öz qapısına.

Andorra – Rumıniya 0:2
Qol: Man, 35. Alibek, 50.

Xəbəri sosial şəbəkələrdə paylaş: