Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
Oyunların hamısında qonaqlar qələbə qazanıblar. Ən gərgin qarşılaşma Tovuzda “Turan Tovuz”un ikinci komandası ilə lider “Araz Naxçıvan” arasında olub. 11 qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. “Neftçi”nin əvəzediciləri səfərdə “İmişli” üzərində 5 cavabsız qolla qələbə qazanıblar. “Kəpəz”in əvəzediciləri doğma meydanda “Qaradağ Lökbatan”a, “Qarabağ”ın ikinci komandası isə “Zaqatala”ya məğlub olub.
Birinci Divizion
22-ci tur
29 mart
“Zirə-2” – MOİK 1:1
Qol: Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61-öz qapısına.
Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Sumqayıt-2” – “Mingəçevir” 3:0
Qol: Ayxan Süleymanlı, 68. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87.
Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
“Şamaxı-2” – “Səbail-2” 2:4
Qol: Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 – Elvin Vəliyev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+3-öz qapısına.
Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 15:00.
30 mart
“Turan Tovuz-2” – “Araz Naxçıvan” 5:6
Qol: Akif Tağıyev, 7. Elvin İsmayılov, 20. Həzrət İsayev, 30-öz qapısına. Elçin Qasımov, 68. Abbas Ağazadə, 71 – Orxan Əliyev, 11; 88. Bayraməli Qurbanov, 13; 61. Səbayıl Bağırov, 30-öz qapısına. Fəhmin Muradbəyli, 72.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “Qaradağ Lökbatan” 0:1
Qol: Rəvan Abasov, 62.
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“İmişli” – “Neftçi-2” 0:5
Qol: Elşad Tağıyev, 12; 21; 42. Seymur Əliyev, 60; 65.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00 .
“Qarabağ-2” – “Zaqatala” 1:2
Qol: Əli Abdullayev, 73-öz qapısına – Bəhruz Teymurov, 9; 76.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.


