Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Kəpəz”in ikinci komandası səfərdə “Səbail”in əvəzedicilərini minimal fərqlə üstələyib. “Zaqatala” “İmişli” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Neftçi” ilə “Şamaxı”nın əvəzediciləri arasındkı oyun da meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Turun qalan oyunları sabah baş tutacaq.
Birinci Divizion
23-cü tur
4 aprel
“Səbail-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəşir Ayralov, 70 – Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.
“Zaqatala” – “İmişli” 3:1
Qollar: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 – Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zaqatala OİK stadionu, 15:30.
“Neftçi-2” – “Şamaxı-2” 3:1
Qollar: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen – Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
5 aprel
“Araz Naxçıvan” – “Qəbələ-2”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Naxçıvan Muxtar Respublika stadionu, 13:00.
MOİK – “Turan Tovuz-2”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:30.
“Mingəçevir” – “Zirə-2”
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.


