AFFA “Qəbələ”li futbolçunu 4, meneceri 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail-2” – “Kəpəz-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib. “Kəpəz”in həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə Gəncə klubu 80 manat cərimə edilib.

“Neftçi-2” – “Şamaxı-2” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə əyalət klubu 80 manat cərimə edilib.

“Mingəçevir” – “Zirə-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

MOİK – “Turan Tovuz-2” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ”nin futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu isə buna görə 320 manat cərimə edilib. “Qəbələ”nin meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. Əyalət klubu buna görə də 400 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununun keçirildiyi “Sumqayıt Arena”nın ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə meydan sahibi kluba xəbərdarlıq edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: