Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 25-ci tur çərçivəsində lider “Sepahan” komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” meydandan minimal hesablı qələbə ilə ayrılıblar – 1:0. 64-cü dəqiqədə penaltidən dəqiq yararlanan Reza Əsədi komandasına vacib qələbə qazandırıb.
25 turdan sonra 42 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Zirvəyə şərik olan “Sepahan”la “İstiqlal”ın isə 52 xalı var. Təbriz təmsilçisi növbəti matçını aprelin 15-də səfərdə “Malavan” komandasına qarşı keçirəcək.


