17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin aprelin 12-dən 15-nə qədər Bakıda təlim-məşq toplanışı olacaq. Arena.az xəbər verir ki, yığmamız ayın 16-dan 21-nə qədər də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində hazırlıq keçəcək.
Azərbaycan millisi hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu da keçirəcək. Baş məşqçi Füzuli Məmmədov artıq Bakıdakı toplanış üçün heyətini açıqlayıb. O, hazırlıq prosesinə 24 futbolçu dəvət edib. Yoldaşlıq oyunları üçün yekun heyət isə Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Ayxan Abbaszadə – Turan Tovuz
- Həbib Hüşənov – Qəbələ
- Tuncay Əhmədov – Sabah
- Firudin Kişiyev – EFA
- Əhməd Tarverdiyev – Sabah
- Səmid Əhmədov – Qəbələ
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Ramin Əvəzov – Sabah
- Ömər Kərimov – Qəbələ
- Babamirzə Mehdiyev – Sabah
- Anar Hüseynov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Elnur Cabbarlı – Sumqayıt
- Sadiq Məmmədli – Neftçi
- Ömər Nəsibov – Neftçi
- Amin Muradov – Neftçi
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Hikmət Cəbrayılov – Qarabağ
- İslam İsmayılzadə – Səbail
- Amid Qasımov – Qarabağ
- Röyal Fərzullazadə – Neftçi
- Ümid Səlimov – Şamaxı


