Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 24-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Zirə”nin ikinci komandasının “Qaradağ Lökbatan”la ev matçında qapılara qol vurulmayıb. “Qəbələ”nin əvəzediciləri MOİK-i doğma meydanda 3 cavabsız qolla məğlub edib. “Turan Tovuz”un ikinci komandası da “Mingəçevir”i məğlub yola salıb. “Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar.
24-cü tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Birinci Divizion
24-cü tur
11 aprel
“Zirə-2” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 15:00.
“Qəbələ-2” – MOİK 3:0
Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2”– “Mingəçevir” 2:1
Qol: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt-2” – “Səbail-2” 1:2
Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
12 aprel
“Şamaxı-2” – “Zaqatala”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu, 15:00.
“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
“İmişli” – “Qarabağ-2”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.


