Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 32-ci turu çərçivəsində baş tutan “Verl” ilə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi meydanı məğlubiyyətlə tərk edib – 2:3.
Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 9 qol vurmuş yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.
Aue təmsilçisi geridə qalan 32 turda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 15 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


