Premyer Liqa: “Turan Tovuz” “Sabah”a evdə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə nəzərdə tutulmuş ilk qarşılaşmadan biri artıq başa çatıb.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Sabah”la qarşılaşıb. Liderin əsas izləyicisi bu oyundan inamlı qələbə ilə ayrılıb. Tovuz təmsilçisi hər hissədə bir qola üzülüb.

Günün digər matçında “Neftçi” “Səbail”in qonağı olacaq. Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Şamaxı” – “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (2:2) matçılarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
31-ci tur
22 aprel

“Turan Tovuz” – “Sabah” 0:2
Qol: A.Kaşuk, 28; 66.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu, 16:00

Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 17. Natan Oduva, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 36. İzzət Müştaqov, 44. Elçin Qasımov, 97. Sadiq Şəfiyev, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: