“Traktor” “Paykan”ı tək qolla məğlub etdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 27-ci tur çərçivəsində “Paykan” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar – 1:0. 16-cı dəqiqədə Məhəmməd Qənbərinin vurduğu yeganə qol komandasına 3 xal qazandırıb.

27 turdan sonra 46 xala malik “Traktor” 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını mayın 5-də səfərdə “Mes Kerman” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: